“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tərkibində hansısa dostluq qrupunun yaradılması erməni propaqandasının növbəti təxribatıdır. Ermənipərəst deputataların həqiqəti özündə əks etdirməyən çıxışlarına öyrəşmişik. Lakin hamı bilməlidir ki, AŞPA-nın siyasi partiyaları və komitələrin strukturları belə qrupların yaradılmasına imkan verə bilməz”.
Moderator.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı
nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov parlamentin bu gün
keçrilın iclasında səsləndirib.
Onun sözlərinə görə, ermənipərəst deputatların
AŞPA- dakı fəaliyyətləri həmişə olub və yenə də olacaq:
“Çünki
həm AŞPA-da, həm də digər beynəlxalq strukturlarda Azərbaycanın mövqeyi getdikcə
güclənir. İş o yerə gəlib çatıb ki, Ermənistan parlamentinin üzvləri
müxtəlif bəhanələrlə Dağlıq Qarabağla bağlı Böyük Britaniyadan olan məruzəçi ilə
işləməyəcəklərini bəyan edirlər. Bu bəyanat Avropa Parlamentini çıxılmaz vəziyyətə
salıb. Çünki Avropa Parlamenti məruzəçini özü təyin etdiyindən, erməni
deputatların onunla işləməyəcəyini deməsi ermənilərin necə işğalçı ölkə
olmasını bir daha sübut edir”.
S. Seyidov onu da qeyd edib kİ, bu gün AŞPA-da
təmsil olunan nümayəndələrin əksəriyyəti Azərbaycanın mövqeyini dəstəkləyir:
“Çünki onlar Azərbaycanın mövqeyinin beynəlxalq
aləmdə gücləndiyinini şahidi olublar. Prezident İlham
Əliyevin xarici siyasəti dünyada qəbul olunan və məntiqlidir. Ermənipərəst
deputatlar insan hüquqlarının pozulması ilə bağlı məsələrdən Azərbaycana təzyiq
vasitəsi kimi istifadə edirlər. Təbii ki, bu da alınmayacaq. Çünki insan
haqlarından danışanlar obyektiv olmalıdır.
Bu gün Avropa Şurasının tərkibinə daxil olan
ölkələrdə insan haqlarının necə pozulduğunun şahidi oluruq. İnsan haqlarının
pozulmasından danışan ölkələr niyə Ermənistanın işğalçı siyasəti nəticəsində öz
torpaqlarından didərgin düşən 1 milyondan çox məcburi köçkün və qaçqınlar
haqqında deyil, məhz bir-iki nəfər haqqında danışırlar? Bir-iki nəfərin
haqlarını müdafiə etmək ədalətsizlikdir. Digər tərəfdən isə insan haqlarının
pozulmasını hansısa ölkəyə təsir aləti kimi istiadə etmək qəti qadağandır. Hər
kəsə məlumdur ki, həmin çıxışçılar erməni lobbisini təsiri altında ölkəmizə
qarşı təzyiq göstərir. Beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli çıxış etmələrinə
baxmayaraq, Azərbaycanın uğurlu xarici siyasəti bu kimi haqsızlıqların
qarşısını almağa qadirdir”.




































































































