Nurəddin Məmmədli “Azərbaycan müstəqil dövlət kimi heç nəyə nəzarət edə bilmir”

Hazırda oxunan: Nurəddin Məmmədli “Azərbaycan müstəqil dövlət kimi heç nəyə nəzarət edə bilmir”

49042

“Azərbaycan müstəqil dövlət kimi heç nəyə nəzarət edə bilmir”. Bunu Moderator.az-a açıqlamasında AXCP-nin sədr müavini Nurəddin Məmmədli bildirib. Sədr müavini dövlət başçısının “Biz təmas xəttində üstünlüyü tam şəkildə əldə etmişik. Təmas xəttində vəziyyətə tam şəkildə biz nəzarət edirik” kimi sözləri ilə millət vəkili Qənirə Paşayevanın “Ermənistan beynəlxalq təşkilatların soyuq münasibətindən istifadə edərək, dinc sakinləri atəşə tutur” kimi sözlərinin ziddiyyət təşkil etməsiə diqqət çəkib. Onun sözlərinə görə, bu kimi fərqli çıxışlar birmənalı qarşılanmır:

“Faktiki olaraq ölkə Qərbdən, Şimaldan gələn tapşırıqlar əsasında idarə olunur. Təkcə son zamanlar hakimiyyətin Qərblə Rusiya arasında seçimlə bağlı qeyri-ardıcıl, qətiyyətsiz, ziddiyyətli mövqelər sərgiləməsi, "nurçu"luqla bağlı, Türkiyənin tapşırığı ilə Azərbaycan təhsilinə zərbə vuran addımların atılması və s. dediklərimin sübutudur. O cümlədən, bu iki etiraf əsl reallığın fərqli olduğunu ortaya qoyur”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin