Gülağa Aslanlı: “Ağasəf Şakiroğlunun Ukraynaya necə və hansı yollarla getməsi məlum deyil”

Hazırda oxunan: Gülağa Aslanlı: “Ağasəf Şakiroğlunun Ukraynaya necə və hansı yollarla getməsi məlum deyil”

43431

“Ağasəf Şakiroğlunun hansı yollarla Krıma getməsini bilmirəm”. 

Bunu Moderator.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı özünün Krıma buraxılmadığı təqdirdə Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasəf Şakiroğlunun Krıma gedərək, müxtəlif görüşlər keçirməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ağasəf Şakiroğlunun Krıma getməsi təqdirəlayiqdir:

“Əgər Ağasəf Şakiroğlu Krım tatarlarını dəstəkləmək üçün gedibsə, mən onun bu addımını yüksək qiymətləndirirəm. Lakin bu bir daha onu göstərir ki, rəsmi Moskva Rusiyadakı hadisələrə təsir edən qüvvəni tanıyır. Mənim və Arif Hacılının Rusiyadan göndərilməyimiz də bununla bağlı idi. Rusiya məlum olduğu kimi, Ukrayna məsələsində olduqca həssasdır və Ukraynanı dəstəkləmək niyyətində olan qüvvələri oradan uzaqlaşdırır. Ağasəf Şakiroğlunun Ukraynaya necə və hansı yollarla getməsi məlum deyil. Biz məhz Müsavat Partiyasının üzvü olduğumuz üçün Rusiyadan geri göndərilmişik”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin