İlham Əliyev "2013-cü ilin adamı" seçildi

Hazırda oxunan: İlham Əliyev "2013-cü ilin adamı" seçildi

39453
Pakistanın nüfuzlu ingilisdilli qəzetlərindən olan “Pakistan Observer” qəzeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 2013-cü ilin adamı elan edib. Bu barədə məlumatı Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov verib. 

Qəzetin təsisçisi və baş redaktoru, tanınmış ictimai-siyasi xadim, Pakistanın ali ordeni ilə təltif olunmuş Zahid Malikin qəzetin ön səhifəsində “İlham Əliyev-2013-cü ilin adamı: Bütün sahələrdə sürətli inkişafı təmin edən nümunəvi Prezident modeli” xüsusi reportajı nəşr edilib. 

Müəllif reportajda Avrasiya siyasi arenasında özünü təsdiq etmiş parlaq siyasətçi, 09.10.2013 ”“cü il tarixli seçkilərdə xalqın etimadını qazanaraq yenidən Azərbaycanın Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevi xidmətlərinə görə “2013-cü ilin adamı” adına layiq görüldüyünü bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin