Yalçın İmanov da Pərviz Həşimlinin vəkili oldu

Hazırda oxunan: Yalçın İmanov da Pərviz Həşimlinin vəkili oldu

36917
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmiş jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin müdafiəsinə daha bir vəkil qoşulub. Tanınmış vəkil Yalçın İmanov Bizimyol.info saytına bildirib ki, orderi istintaq oraqanına təqdim edib. “Orderə əsasən MTN-in təcridxanasında Pərviz Həşimliyə təqdim edildim və o, məni müdafiəçi kimi qəbul etdiyini bildirdi” ”“ deyən Y.İmnaov vurğuladı ki, P.Həşimli ilə sistematik görüşmək üçün müstəntiqə məktubla müraciət edəcək.  
Qeyd edək ki, Pərviz Həşimlinin hüquqlarını vəkillər - Elçin Sadıqov və Bəhruz Bayramov da müdafiə edir. 
Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty İnternational təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin