Pərviz Həşimli Abid Abdinbəyovdan Məhkəmə Hüquq Şurasına şikayət etdi

Hazırda oxunan: Pərviz Həşimli Abid Abdinbəyovdan Məhkəmə Hüquq Şurasına şikayət etdi

35892

Oktyabrın 28-də vəkil Bəhruz Bayramov MTN-nin təcridxanasında Pərviz Həşimli ilə görüşüb. Qeyd edək ki, tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli sentyabrın 17-də qondarma ittihamlarla həbs olunub və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Bu günədək onun vəkilləri Elçin Sadıqov və Bəhruz Bayramovun verdikləri heç bir vəsatət təmin edilməyib, məhkəmələr heç bir araşdırma və dəqiqləşdirmə aparmağa zərurət duymadan atüstü qərarlarla Pərviz Həşimlinin qanunsuz həbsinə saxta hüquqi don biçməyə cəhd ediblər.

Elə buna görə də məhkəmələrin onun hüquqlarını kobud pozmasından şikayətlənən Pərviz Həşimli Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyov barəsində tədbir görülməsi üçün Məhkəmə Hüquq Şurasına və şəxsən ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Xəbəri Bəhruz Bayramov Moderator.az-ın əməkdaşına bildirib və deyib ki, Pərvizlə görüşərkən müvəkkili Bakı Apellyasiya Məhkəməsinin qərarını yenicə aldığını söyləyib və buna etirazını nazirə teleqram vurmaqla bildirib. Eyni zamanda Pərviz jurnalist həmkarlaına və hüquq müdafiəçilərinə də bir daha səslənərək onun qanunsuz həbsinə öz sərt münasibətlərini, mövqelərini ortaya qoymağa çağırıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin