ADP sədri Sərdar Cəlaloğlu siyasi gündəmə yeni təklif irəli sürüb. Partiya sədri Milli Şuranın aparıcı siyasi qüvvələri olan AXCP və Müsavat Partiyasının birləşdirilməsin və prezidentliyə namizəd olmuş professor Cəmil Həsənlinin birləşmiş partiyaya rəhbər olmasını təklif edib.
Avropa.info-ya açıqlama verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ADP sədrinin irəli sürdüyü təklifə münasibəti çox qısa oldu: "AXCP ilə Müsavat Partiyasının münasibətlərini bu partiyaların üzvləri və funksionerləri müzakirə edə bilər. Sərdar bəyin partiyasının mövqeyilə bağlı ciddi problemləri var. S.Cəlaloğlu öz partiyasının problemləri ilə məşğul olsa daha yaxşı olar".Qeyd edək ki, son 20 ildə bir neçə dəfə bu partiyaların birləşdirilməsi təkifi meydana çıxıb.
Moderator.az
Moderator.az

































































































