Ermənistanın Rusiya, Belarus və Qazaxıstanın daxil olduğu Gömrük İttifaqına üzv olması Dağlıq Qarabağdakı separatçı rejimi də həvəsləndirib. Xankəndində hesab edirlər ki, Gömrk İttifaqının hazırkı üzvləri qondarma Dağlıq Qarabağ Respublikasının bu quruma üzv olmasına dəstək verməlidirlər. Separatçı rejimin rəhbərinin mətbuat katibi David Babayan Rusiyanın "gazeta.ru" saytına aşıqlamasında bildirib ki, "Dağlıq Qarabağ"ın Avrasiya İqtisadi birliyinə ticari-iqtisadi inteqrasiysı bu qurumun beynəlxalq hüququn subyekti kimi tanınmasını təmin etmiş olar."Biz hesab edirik ki, Ermənistanın Gömrük İttifaqına üzv olması Dağlıq Qarabağın maraqlarına uyğundur. Gömrük İttifaqına üzv olmaq istiqamətində aparılan danışıqlar isə Dalıq Qarabağın bu ittifaqın üzvləri və ya beynəlxalq hökumətlərarası təşkilat kimi özü tərəfindən tanınmasına imkan yarada bilər"-D.Babayan belə deyib. Rusiya mətbuatı Ermənistan və Rusiya prezidentlərinin Moskvada keçirilən sonuncu görüşünün məxfi datallarını açıqlayıb. Məlum olub ki, sentyabrın 3-də Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı Vladimir Putindən "Dağlıq Qarabağ"ın beynəlxalq aləmdə tanınması yönündə səyləri təmin etməyi xahiş edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.