Kamran Əliyev: "Rəqs edən polislərlə bağlı videonun Azərbaycanla əlaqəsi yoxdur”

Hazırda oxunan: Kamran Əliyev: "Rəqs edən polislərlə bağlı videonun Azərbaycanla əlaqəsi yoxdur”

33449
Baş Dövlət Yol Polisi İdarəsi ötən gün sosial şəbəkələrdə yayılan yol polislərinin “panamericano” rəqsi xəbərinə reaksiya verib.
Qurumun şöbə rəisi Kamran Əliyev "qafqazinfo"ya bildirib ki, portallarda yayımlanmış həmin videoda rəqs edənlər Azərbaycan yol polisləri deyil: 
“Əvvəla sosial şəbəkələrdə yerləşdirilmə tarixindən də görünür ki, bu 2-3 il əvvəlin görüntüləridir. Digər tərəfdən həmin polislərin geyimi də fərqlidir. Azərbaycan yol polislərinin geyiminin qolunda nişan olur. Amma həmin polislərdin geyimində bu yoxdur. Bu postsovet ölkələrinin birində çəkilmiş videodur, Azərbaycanla əlaqəsi yoxdur”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin