Əflan İbrahimovun bəyanatı Milli Şurada panika yaradıb

Hazırda oxunan: Əflan İbrahimovun bəyanatı Milli Şurada panika yaradıb

32591
 “EL” hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimovun prokurorluğa verdiyi ifadə Milli Şurada əsl panikaya səbəb olub. Bu barədə Moderator.az saytına məlumat verən özəl mənbənin sözlərinə görə, Milli Şura və “El” hərəkatında təmsil olunan xeyli sayda şəxs proseslərin arzuedilməz məcrada inkişafından özlərini sığortalamaq üçün adıçəkilən qurumları tərk etməyə hazırlaşır:  
“Məlum olduğu kimi, Ə.İbrahimov Baş Prokurorluğa müraciətində Milli Şuranın müzakirəsi zamanı bəzi qüvvələrin ölkə paytaxtında iğtişaş törətməklə bağlı fikirlər səsləndirdiyini bildirib. Ə.İbrahimovun bu açıqlamasından sonra Baş Prokurorluğun  məsələyə müdaxilə etməsi Milli Şura və “EL” hərəkatında təmsil olunan bir çox şəxsin ciddi narahatlığına səbəb olub. Adıçəkilən qurumlarda təmsil olunan insanların bəzisi hesab edir ki, Ə.İbrahimovun bu açıqlaması təşkilatın əksər üzvlərinin prokurorluğa ifadə verməsi, hüquq-mühafizə orqanlarına get-gəllər, dindirilmələr, ictimai qınaq və s. ilə nəticələnəcək. Məhz bu səbəbdən də onların bir çoxu bütün bunlardan yaxa qurtarmaq üçün sözügedən qurumları tərk etmək niyyətindədir. Bu baxımdan yaxın günlərdə həm “EL” hərəkatı, həm də Milli Şurada təmsil olunan bir çox insanın təmsil olunduqları təşkilatları nümayişkaranə şəkildə tərk edəcəyi gözlənilir”.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin