İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail Ordusunun Livandan çıxarılmayana qədər regionda sülh olmayacağını iddia edib.
Bizim.Media xəbər verir ki, bu barədə bəyanat SEPAH-ın "Telegram" kanalında yayılıb.
"Bu torpaq hələ də İsrailin hücumuna məruz qalır. Beynəlxalq təşkilatların, dünya ölkələrinin etirazları Təl-Əvivin davranışına təsir etməyib, ABŞ-nin sülh yaratmaq bəhanəsi ilə müdaxiləsi isə yalnız cinayətləri artırır", - SEPAH-dan bildirilib.
Qeyd olunub ki, regional müharibədə sülhün razılaşdırılması üçün İranın ilk şərti Livan da daxil olmaqla, bütün cəbhələrdə atəşkəsin təmin edilməsidir:
"İsrail dərhal Livana hücumları dayandırmalı, qoşunlarını sürətlə çıxarmalı və Livanın ərazi bütövlüyünü tanımalıdır".
Qeyd edək ki, iyulun 2-si və 3-də İsrail və Livan nümayəndə heyətləri ABŞ-dəki danışıqların nəticələrinə əsasən, atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair gəlib. "Hizbullah" isə ABŞ-nin də dəstəklədiyi Livan-İsrail atəşkəs sazişini rədd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:22 / 04.06.2026
SEPAH: İsrail Livandan çıxmayana qədər SÜLH OLMAYACAQ
Hazırda oxunan: SEPAH: İsrail Livandan çıxmayana qədər SÜLH OLMAYACAQ
Hazırda oxunan: SEPAH: İsrail Livandan çıxmayana qədər SÜLH OLMAYACAQ
617296
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































