Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər

Hazırda oxunan: Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər

617358

Diplomatik xidmətə müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılma ilə əlaqədar xitam verildikdə diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında müzakirə olunan "Diplomatik xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
 

Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.


Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin