Putin Ukrayna ilə sülh müqaviləsi imzalanarkən Zelenskiyə nə deyəcəyini açıqladı.
Sülh müqaviləsi imzalanan zaman Ukrayna Prezidenti Volodimir Zelenskiyə "Şükür Allaha ki, bütün bunlar bitdi" demək istərdim.
Bizim.Media "RİA Novosti"yə istinadla xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə keçirdiyi görüşdə səsləndirib.
Bundan əlavə, o işarə edib ki, Rusiya Federasiyasının Zelenskinin legitimliyi ilə bağlı suallarının olmasına baxmayaraq, onunla saziş imzalaya bilər. Prezident vurğulayıb ki, əsas məsələ "istəyin olmasıdır", bunu rəsmiləşdirmək üçün isə üsul tapmaq mümkündür.
"Orada bir çox variant var - Ali Radanın sədri, bəlkə də Zelenskinin özü. Təki istək olsun", - deyə Putin bildirib.
Rusiya Prezidenti həmçinin fərz edib ki, Ukraynadakı hakim dairələr müharibənin başa çatmasında maraqlı deyillər, çünki bu, onların hakimiyyətlərini itirmələrinə səbəb olacaq.
Bizim.Media









































































































