Almaniyanın milli aviadaşıyıcısı “Lufthansa”ya məxsus “Boeing 787-9 Dreamliner” tipli sərnişin təyyarəsinin ön şassisi Frankfurt hava limanında dayanacaqda olarkən çöküb.
Bizim.Media xəbər verir ki, hadisə Los-Anceles reysi üçün sərnişinlərin təyyarəyə minməsindən az əvvəl baş verib.
Şirkətin məlumatına görə, ön şassi gözlənilmədən geri çəkilib və təyyarənin burnu yerə dəyib.
İnsident zamanı təyyarədə olan bir neçə heyət üzvü yüngül xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib və onlar müayinə üçün xəstəxanaya aparılıblar.
Hadisə səbəbindən Frankfurt–Los-Anceles reysi ləğv olunub. “Lufthansa” bildirib ki, təyyarə texniki baxış və təmir üçün anqara yerləşdirilib, insidentin səbəbləri araşdırılır.
Aviasiya nəşri “Aerotelegraph”ın məlumatına görə, qəzaya uğrayan təyyarə cəmi bir il əvvəl istismara verilib və bu ilin yanvarında “Lufthansa”nın donanmasına daxil edilib.
Bizim.Media


































































































