Putin: “Azərbaycanla münasibətlərimiz həmişə yaxşı olub”

Hazırda oxunan: Putin: “Azərbaycanla münasibətlərimiz həmişə yaxşı olub”

617300

Rusiya və Azərbaycan münasibətləri həmişə çox yaxşı olub və belə də qalmağa davam edir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Azərbaycanla münasibətlər müsbət məcrada inkişaf edir. Çıxışı zamanı Putin prezident İlham Əliyevlə görüşəcəyini də açıqlayıb.

Putin Rusiyanın İlham Əliyevə Rusiya humanitar yardımının İrana göndərilməsində göstərdiyi köməyə görə minnətdar olduğunu bildirib.

"Rusiya Federasiyası və Azərbaycan münasibətlərini çox yaxşı qiymətləndirirəm. Bizim Azərbaycanla xoş münasibətlərimiz həmişə olub və indi də belədir. Həm iqtisadiyyatda, həm də siyasi sahədə. Biz bir neçə il əvvəl qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzaladıq. Bu münasibətlər də beləcə inkişaf edir. Humanitar məsələlərdə də əməkdaşlığımız var ", - Putin qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin