Sankt-Peterburqdakı Konstantin sarayında, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşü başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "RT" məlumat yayıb.
"Mən sual verməyəcəyəm, mən jurnalist deyiləm", — deyə dövlət başçısı bildirib.
Tədbirdə AFP (Fransa), “Associated Press” (ABŞ), DPA (Almaniya), EFE (İspaniya), MENA (Misir), “Press Trust of India” (Hindistan), AZƏRTAC (Azərbaycan), BelTA (Belarus), "Kabar" (Qırğızıstan), “Sinxua” (Çin) və Qazaxıstan Prezidentinin Teleradio və Radioa Kompleksinin (Qazaxıstan) nümayəndələri iştirak edirlər.
Kremlin mətbuat xidmətinin bir gün əvvəl yaydığı məlumata görə, söhbət "sual-cavab" formatında keçiriləcək və Rusiya Federasiyasının daxili və xarici siyasətinin aktual aspektlərinə, həmçinin mühüm beynəlxalq hadisələrə həsr olunacaq.
Bizim.Media







































































































