“Taksi sürücülüyü Azərbaycanda aşağı və orta gəlirli əhali təbəqəsi üçün başlıca dolanışıq vasitəsidir. Məşğulluq statistikasına görə, ölkədə fəal taksi sürücülərinin böyük əksəriyyəti ailəsinin yeganə gəlir sahibidir. Belə bir şəraitdə sürücülük hüququnun itirilməsi yalnız fərdi problem olaraq qalmır — ailənin bütün üzvlərini əhatə edən ağır iqtisadi problemə çevrilir”.
Bizim.Media xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bugünkü növbədənkənar sessiyasının ilk iclasında çıxışı zamanı deyib.
O, taksi sürücülərinin qarşılaşdığı bir çox problemə toxunub:
"Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki pozuntular üçün toplanılan ballar sürətlə 20 ballıq həddə çatır. Hüquqdan məhrumetmə müddəti ərzində sürücülər gəlir əldə edə bilmir, ailə öhdəliklərini yerinə yetirə bilmir. Bir sıra hallarda işəgötürən şirkətlər sürücülük hüququnu itirmiş sürücüləri işdən çıxarmaq məcburiyyətində qalır. Sürücülük hüququndan qısamüddətli məhrumolma belə bəzən uzunmüddətli işsizliyə, kredit borclarına və ailə böhranına gətirib çıxarır".
Deputat sadalanan problemləri həll etmək üçün hüquqdan məhrumetmə həddinin 20 baldan 40–50 bala qaldırılmasını və ya yalnız kobud pozuntular zamanı bal kəsilməsinin tədbiqini təklif edib:
"Ən pis halda isə ilk dəfə yüngül qayda pozuntuları zamanı yalnız cərimə ilə kifayətlənmək olar".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:44 / 05.06.2026
Taksi sürücülərinə ŞAD XƏBƏR – “Cərimə limiti 50 bala qaldırıla bilər”
Hazırda oxunan: Taksi sürücülərinə ŞAD XƏBƏR – “Cərimə limiti 50 bala qaldırıla bilər”
Hazırda oxunan: Taksi sürücülərinə ŞAD XƏBƏR – “Cərimə limiti 50 bala qaldırıla bilər”
617354
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































