Bu şəhərin bəzi yerlərində İŞIQ OLMAYACAQ

Hazırda oxunan: Bu şəhərin bəzi yerlərində İŞIQ OLMAYACAQ

617287

Naxçıvan şəhərində iyunun 5-də "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bununla əlaqədar olaraq 110/35/10 kV-luq Naxçıvan yarımstansiyasından qidalanan 10 kV-luq 5 və 18 nömrəli hava elektrik xətlərində enerji verilişi müvəqqəti dayandırılacaq.
 

 Təmir işlərinin məqsədi yenidənqurma çərçivəsində mövcud yerüstü elektrik xətlərinin yeraltı kabel xətləri ilə əvəz edilməsi, həmçinin yaşayış evlərinin yaxınlığından keçən və mühafizə zonasına düşən xətlərin təhlükəsizliyinin təmin olunmasıdır.


Bu səbəbdən iyunun 5-də saat 13:00-dan 15:00-dək Heydər Əliyev prospekti, Vüqar Qasımov və Afiyyəddin Cəlilov küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığının artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin