Aİ Livan ordusuna 100 milyon avro ayıracaq

Hazırda oxunan: Aİ Livan ordusuna 100 milyon avro ayıracaq

617284

İsrail və Livan arasında əldə olunmuş son atəşkəs razılaşması tammiqyaslı hərbi əməliyyatlara qayıdışın qarşısını almaq üçün şans yaradır, lakin vəziyyət son dərəcə kövrək olaraq qalır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsində paylaşıb.
 

Onun sözlərinə görə, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlısının həlak olması və davam edən lokal toqquşmalar əldə edilmiş razılaşmaların qeyri-sabitliyini və gərginliyin yenidən artması risklərini növbəti dəfə nümayiş etdirir.


““Hizbullah”ın yaratdığı təhlükənin uzunmüddətli azaldılması yalnız Livan dövlətini və onun institutlarını gücləndirməklə mümkündür. Bu səyləri dəstəkləmək üçün Avropa İttifaqı (Aİ) bu gün Livan Silahlı Qüvvələrinə əlavə 100 milyon avro ayrılması barədə qərar qəbul edib", - o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin