Paşinyan: “Ermənistan KTMT-yə qayıtmayacaq”

Hazırda oxunan: Paşinyan: “Ermənistan KTMT-yə qayıtmayacaq”

617320

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qayıtmayacaq və zərurət yaranacağı təqdirdə təşkilatdan çıxmaq barədə qərar qəbul edəcək”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyada keçirilən seçkiqabağı debatlar zamanı bildirib.

Debatlar zamanı “Güclü Ermənistan” Partiyasının İdarə Heyətinin üzvü Narək Karapetyan Paşinyandan KTMT-də iştirakın “dondurulmasının” nə demək olduğunu və niyə təşkilatdan çıxmaq barədə hələ də qərar verilmədiyini soruşub.

Paşinyan cavabında Ermənistanın lazım gəldiyi anda bu addımı atacağını vurğulayıb:

“Çıxacağıq. Bizi nə ilə qorxudursunuz? Qərar qəbul edəcəyik və çıxacağıq. Ehtiyac yaranarsa, çıxacağıq. Mən demişdim ki, geri qayıtmayacağıq. Nə vaxt çıxacağımıza isə xarici agentlər yox, biz qərar verəcəyik”, – deyə o bildirib.

Xatırladaq ki, Paşinyan 2024-cü ilin sentyabrında İrəvanın KTMT-də iştirakını dondurduğunu açıqlamışdı. Həmin ilin oktyabrında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda ölkəsinin KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri qiymətləndirdiyini bildirmişdi. 2024-cü ilin dekabrında isə Paşinyan Ermənistanla KTMT arasındakı münasibətlərin “geri dönüş nöqtəsini keçdiyini” bəyan etmişdi.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin