IV Milli Kibertəhlükəsizlik Forumunda təşkil olunmuş sərgidə Azərbaycanın R.I.S.K. şirkəti ilə birgə iştirak edirik.
Bunu Bizim.Media-ya açıqlamasında OPSWAT şirkətinin nümayəndəsi Kənan Düzdaş Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində deyib.
Şirkət nümayəndəsi bildirib ki, Türkiyədə və ümumilikdə regionumuzda əsasən iki istiqamətdə – maliyyə qurumları və dövlət qurumları ilə intensiv şəkildə işləyirik:
"OPSWAT olaraq qlobal səviyyədə üç region: Müstəqil Dövlətlər Birliyi (MDB), Türkiyə və Afrikaya cavabdehik. MDB ölkələri də bizim fəaliyyət göstərdiyimiz ölkələrdir və burada güclü partnyorlarımızla birgə əməkdaşlıq edirik. Şirkət olaraq bu sahədə müxtəlif həllər təqdim edirik. Quality of Service (QoS) tətbiqlərimiz, Metal Defender platformamız və təhlükəsizliyi təmin edən məhsullarımız var. Əsas fokuslarımızdan biri fayl təhlükəsizliyidir. Təqdim etdiyimiz platformalar vasitəsilə kompleks fayl təhlükəsizliyi təmin olunur".
O vurğulayıb ki, Azərbaycan bizim üçün xüsusilə vacib partnyorlardan biridir və burada texnologiyaya böyük önəm verilir:
"Biz də OPSWAT olaraq bu bölgədə, xüsusilə Azərbaycanda fəaliyyətimizi daha da genişləndirmək üçün son bir il ərzində daha intensiv şəkildə çalışırıq və RİSK şirkəti ilə daha yaxından çalışırıq".



Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:38 / 04.06.2026
Qlobal texnologiya nəhəngi Azərbaycanda fəaliyyətini genişləndirir - FOTO
Hazırda oxunan: Qlobal texnologiya nəhəngi Azərbaycanda fəaliyyətini genişləndirir - FOTO
Hazırda oxunan: Qlobal texnologiya nəhəngi Azərbaycanda fəaliyyətini genişləndirir - FOTO
617281
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































