Həcc missiyası yekunlaşır: QMİ-dən son vəziyyətlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Həcc missiyası yekunlaşır: QMİ-dən son vəziyyətlə bağlı AÇIQLAMA

617316

“Hazırda zəvvarların bir hissəsi artıq Mədinəyə gəlib. Zəvvarlar Mədinədə üç gün qalmalıdırlar. Bu müddətdə onlar Peyğəmbərin (s.ə.s.) məscidini və müqəddəs məkanları ziyarət edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub”.

Bizim.Media xəbər verir ki, bu barədə “musavat.com”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, iyunun 6-dan etibarən geri dönüş uçuşları başlayacaq:

"Həmin gün səhər və axşam olmaqla iki təyyarə reysi həyata keçiriləcək. Dünən 8-9 qrup Mədinəyə çatıb, bu gün də yolda olan qruplar var və onlar da Mədinəyə gəlirlər. Ayın 6-da isə sonuncu qruplar Məkkədən çıxaraq Mədinəyə yola düşəcəklər. Beləliklə, demək olar ki, Azərbaycanın bütün zəvvarları Mədinədə toplaşmış olacaq.

Ayın 7-də də eyni qaydada iki reys nəzərdə tutulub. Ayın 9-da isə yenidən səhər və axşam olmaqla iki təyyarə uçacaq. Bu qaydada bütün zəvvar qruplarının mərhələli şəkildə Azərbaycana dönüşü təmin olunacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin