Dünən bir qrup deputat həbs həyatı yaşayan millət vəkili Gülər Əhmədovanın həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün təşəbbüs göstərib.
Xatırladaq ki, bu günə qədər deputatların etdiyi bu tip çağırış və təşəbbüslər nəticəsiz qalıb. Bəs görəsən deputatların çağırışlarına niyə məhəl qoyulmur?
Mövzu ilə əlaqədar Moderator.az-ın sualını cavablandıran Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirdi ki, buna qanun imkan vermir:
“Qanunvericilikdə belə bir müddəa öz əksini tapmayıb. Bu sadəcə, onlar tərəfindən atılmış mənəvi addımdır. Bu xahiş nəzərə alına da bilər, alınmaya da bilər. Mən şəxsən bu və buna bənzər müraciətlərə bir qayda olaraq imza atmıram. Çünki ehtimal var ki, təklifim nəzərə alınmasın. Bəzən olur, bizdən xahiş edilir bu haqda, biz də xahişi yerə salmayıb, imzamızı atırıq, lakin təcrübə onu göstərir ki, millət vəkillərinin bu kimi təşəbbüsləri nəticəsiz qalır”.
Xəyal Əzizov



































































































