Siyavuş Novruzov YAP-ın gəncləşdirilməsindən danışdı

Hazırda oxunan: Siyavuş Novruzov YAP-ın gəncləşdirilməsindən danışdı

31531


Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının dünən keçirilən konfransında təşkilata yeni sədr seçilib. YAP Gəncə Şəhər Təşkilatının sədri İsrafil İsmayılov tutduğu vəzifədən kənarlaşdırılıb. Onun əvəzinə isə konfrans nümayəndələri Gəncənin Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyevi sədr seçib. 30 yaşlı N.Həmzəyev YAP funksionerləri arasında ən gənci hesab olunur. 
Bəs görəsən, hakim partiyada gəncləşdirmə siyasəti davam edəcəkmi? 
Moderator.az-ın bununla bağlı sualını cavablandıran millət vəkili Siyavuş Novruzov partiya daxilində bu kimi dəyişikliklərin seçki yolu ilə həyata keçirildiyini bildirdi: 
“Partiyamız harada dəyişikliyi məqsədə uyğun hesab edirsə həmin şöbədə seçki keçirilir və yeni şəxs seçilir. Əsas məsələ yaş yox, işgüzarlıqdır”. 

Xəyal Əzizov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin