Oqtay Əsədov: “Milli Məclis AXC-nin 100 illiyini iyunun 8-də keçirməyi planlaşdırır”

Hazırda oxunan: Oqtay Əsədov: “Milli Məclis AXC-nin 100 illiyini iyunun 8-də keçirməyi planlaşdırır”

210737
“Cənab prezident İlham Əliyev bu ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Həmçinin cənab prezident İlham Əliyev 2017-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib”.

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.xa0

Spiker bildirib ki, Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə keçirəcəyi xüsusi iclasının iyunun 8-də keçirilməsi planlaşdırılır.xa0

“Həmin iclasda bir sıra ölkələrin parlament nümayəndələri, qonaqlar da iştirak edəcək”.xa0

Spiker qeyd edib ki, 2018-ci ilin yaz sessiyasında parlamentdə bir çox yeni qanun layihələri müzakirə ediləcək. “Sessiya ərzində Hesablama Palatasının, Ombudsmanın hesabatı dinləniləcək və bir çox qanunlara əlavə və dəyişikliklər ediləcək”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin