“Azərbaycan Qətər məsələsinə qarışmamalıdır, çünki...”x9d

Hazırda oxunan: “Azərbaycan Qətər məsələsinə qarışmamalıdır, çünki...”x9d

181009

Məlum olduğu kimi, bundan sonra Qətərin təhlükəsizliyini türk ordusu qoruyacaq. Hansı ki, bu məsələ Qətərlə Türkiyə arasında imzalanan müqavilədə öz əksini tapıb.

Maraqlıdır, əgər ehtiyac yaranarsa Azərbaycan Qətər məsələsində Türkiyəyə hərbi, diplomatik və ya digər müstəvidə dəstək verə bilərmi?

Moderator.az-a açıqlama verən VİP sədri Əli Əliyev Azərbaycanın bu məsələdə ehtiyatlı mövqe sərgiləməsinin zəruriliyini vurğuladı:

“Hesab edirəm ki, Azərbaycan bu məsələyə qarışmamalıdır. Çünki Türkiyə təkbaşına bu qərarı verməyib. Hadisədən dərhal sonra İranın xarici işlər naziri Türkiyəyə səfər etdi. Mən əminəm ki, Türkiyə bu məsələni həm də Rusiya ilə razılaşdırıb. Türkiyə çox fəal diplomatik addımlar atır. Qətər məsələsi böyük güclərin oynamaq istədiyi oyunla bağlıdır. Azərbaycan isə bu miqyasda dövlət deyil ki, bu məsələlərə qarışsın. Bu məsələdə yalnız diplomatik dəstək vermək olar. Qətərə qarşı qurulan oyun Türkiyənin, İranın prosesə qoşulmaq istəyindən doğur. Hesab edirəm ki, bu böhran ötüb keçəcək.

İraq hadisələrindən fərqli olaraq, Türkiyə Ərdoğanın timsalında bu dəfə çox düzgün qərarlar qəbul etdi və bu qərarların hamısı yerində və vaxtında verilən qərarlardır”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin