“Azərbaycan hər an müharibəyə başlaya bilər”x9d

Hazırda oxunan: “Azərbaycan hər an müharibəyə başlaya bilər”x9d

165403

Sabiq prezident Ayaz Mütəllibov dünən Moderator.az-a açıqlamasında bildirmişdi ki, Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana qarşı müharibə edəcəyi danılmazdır.

Maraqlıdır, əgər müharibə gerçəkdən də gözlənilirsə, vəziyyət nə zaman gərginləşə bilər?

Moderator.az-ın mövzuyla bağlı sualını ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirov cavablandırıb.

Y.Aydəmirov bildirib ki, müharibə hər an başlaya bilər:xa0

“Ayaz Mütəllibov deyir ki, Azərbaycanın xa0müharibə edəcəyi danılmazdır. Ancaq Ali Baş Komandanın belə bir sözü var ki, iri dövlətlər Azərbaycanı müharibə etməyə qoymur. Bunu prezident ötən il aprel döyüşlərindən əvvəl də sonra da demişdi. Prezidentin daha bir sözü də var ki, Azərbaycan hər an müharibəyə başlaya bilər, bu gün də, sabah da. Azərbaycan Ordusu da müharibəyə, hər an döyüş tapşırığı almağa tam hazırdır. Konkret müharibə qərarını isə ancaq Ali Baş komandan verə bilər”x9d.


Rumiyyəxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin