Ohanyan da getsin, Xaçaturov da, Baqramyan da...

Hazırda oxunan: Ohanyan da getsin, Xaçaturov da, Baqramyan da...

139290
Ermənistanda aprel döyüşlərindən sonra həbs edilən yüksək rütbəli zabitlər korrupsyaya öz təşəbbüsləri ilə deyil, rəislərinin əmri ilə qurşanıblar.

Bu barədə “Biz ölkəmizin sahibiyik”x9d vətəndaş təşəbbüsünün Ermənistan ordusunda baş verənlərə dair bəyanatında bildirilir.

Aprel döyüşləri zamanı Ermənistan ordusunun verdiyi itkilərə, təchizatda ortaya çıxan problemlərə görə Müdafiə Nazirliyinin dörd generalı işdən azad edilib, biri general olmaqla dörd zabiti həbs olunub.

Bəyanatda deyilir ki, hakimiyyət bu həbslərlə kifayətlənməyib müdafiə naziri Seyran Ohanyanı, silahlı qüvvələrin Baş qərargah rəisi Yuri Xaçaturovu və onun müavini Haykaz Baqramyanı istefaya göndərməlidir. 

“Bizim tələbimizin mahiyyəti budur ki, hakimiyyət sistemində kök salmış korrupsiyaya qarşı mübarizə imitasiya xarakteri daşımalı deyil”x9d-bəyanatda deyilir.

 Təşkilat bildirir ki, Serj Sərkisyanın müfəttişləri əsas günahkarları kənarda qoyaraq ordudakı korrupsiyada ikinci dərəcəli rol oynayanları həbs edir. Hansı ki, onlar korrupsiyaya öz təşəbbüsləri ilə deyil, yuxarı vəzifəlilərin iradəsi ilə qoşulub. 

“Digər tərəfdən bu mexanizm Serj Sərkisyanın əlində ona boyun əyməyən, təmiz zabitlərin arasında qorxu yaratmaq alətinə çevrilə bilər”x9d-bəyanatda deyilir.(Virtualaz.org)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin