Ermənilər Putinə müraciət etdi - Azərbaycana qarşı...

Hazırda oxunan: Ermənilər Putinə müraciət etdi - Azərbaycana qarşı...

131504

Ermənistan əhalisi Rusiya rəhbərliyinə Azərbaycana silah satışının dayandırılması ilə bağlı imzatoplama kampaniyası keçirir.

 Rusiya rəhbərliyinə göndərilən müraciətdə bildirilir ki, Bakıya satıdığı silahlar İrəvana qarşı yönəlir. Müraciətdə rəsmi Moskvanın bəyanatları "hiyləgər bəhanələr" adlandırılır.

"Azərbaycan hərbi əməliyyatlarda Rusiyadan aldığı silahlardan (Mİ-25 helikopterləri, T-90, T-72 tankları və.s) Ermənistana qarşı istifadə edib. Rusiya qəsdən regiondakı müttəfiqinin düşmənini silahlandırır. Bilirsən ki, o satdığın silahlar sənin müttəfiqinə qarşı yönələcək. Onu biznes hesab etmək olar? Bu ən azından “əxlaqsız biznesdir”x9d, - deyə sənədin müəllifləri qeyd edib.

Petisiya Rusiya prezidenti Vladimir Putinə və baş nazir Dmitri Medvedevə ünvanlanıb. Müəlliflər Rusiya rəhbərliyindən Azərbaycanla bundan əvvəlki silah müqavilələrinə xitam verməsini və yeni sazişlərin qadağan edilməsini tələb edirlər.

Cəbhə xəttində baş verən gərginlikdən sonra Ermənistan ordusu qorxuya düşüb. Çünki 4 gün davam edən müharibə zamanı Azərbaycan ordusu Ermənistana qarşı çox müasir silahlardan istifadə edib. Ermənistan prezidenti, baş naziri, müdafiə naziri və digər rəsmi şəxslər Azərbaycan ordusunun müasir silahlarından ağızdolusu danışmağa başladılar.

Ermənistan prezidenti Almaniya səfəri çərçivəsində bildirmişdi ki, rəsmi Bakıdan fərqli olaraq İrəvan 1980-ci illərdə istehsal olunan silahlarla döyüşür: "Azərbaycan modern silahların olduğunu son 3 gündə özünü göstərdi".

Sarkisyan bildirib ki, rəsmi İrəvan Rusiyanın Azərbaycana silah satmasında narahatdır: "Rusiya bizim strateji müttəfiqimizdir. Bizim təhlükəsizliyimiz bir sistem ətrafında birləşib. Təbii ki, Rusiyanın Azərbaycana silah satmasında məmnun deyilik”x9d.(ans)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin