İlahiyyatçıdan Hacı Şahinə cavab: “Heç kimə ixtiyar verilməyib”x9d

Hazırda oxunan: İlahiyyatçıdan Hacı Şahinə cavab: “Heç kimə ixtiyar verilməyib”x9d

125710
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş”x9d məscidinin axundu Hacı Şahin Həsənli mətbuata verdiyi müsahibədə İslam dinində çəyirtkənin yeyilməsinin qadağan olunmadığını bildirib.

İlahiyyatçı Elşad Miri mövzu ilə bağlı  açıqlama verib. O deyib ki, Quranda açıq-aşkar haram olmadığı bildirilən hər şey halaldır.  
“Haramlarla, qadağalar və bəyənilməyən məsələlər fərqlidir. Bu gün kiminsə xoşuna gəlməyən, zövqünə uyğun olmayan məsələ başqasının xoşuna gələ bilər. Buna görə deyilir ki, zövqlər mübahisə predmeti ola bilməz.

Haram qoymaq səlahiyyəti ancaq Allaha məxsusdur. Peyğəmbər Rəsul olaraq Allahın sözlərini çatdırır, onun haram və halallarını xəbər verir. Amma haram etmək səlahiyyəti yoxdur. Amma ər kimi xanımlarına qadağa qoya bilər, dövlət başçısı kimi yasaqlar qoya bilər, ali baş komandan kimi hökmlər qoya bilər, amma haram etmək, halal etmək səlahiyyəti olmayıb”x9d


Elşad Miri qeyd edib: “Uca Allah Quranda belə buyurur: “De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram edib?”x9d (“Əraf”x9d surəsi, 7/32). Allah Quranda yeyilməsi və içilməsi haram olanları xəbər verir. Bu gün biz at əyi yeməyi xoşlamadığımız halda, qazaxlar sevərək yeyirlər. Bu birinə haram, digərinə halal deyil.

Bu sadəcə olaraq fərqli ağız dadlarıdır. Hindistanda qadağan olan ətləri biz rahatlıqla yeyirik. Həmçinin bizim yeməyəcəyimiz qidaları da çinlilər yeyirlər.

Buna görə demək istəyirəm ki, Allah Quranda haramları bildirib. Bunlardan başqalarını isə haram elan etməyə heç kimə ixtiyar verilməyib”x9d.  (Modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin