Məlum olduğu kimi, bu gün günorta saatlarından sonra bir neçə saat ərzində bütün ölkədə internet tamamilə kəsilib. İnternetin kəsilməsi ölkədəki bütün müəssisələrin, xüsusilə də strateji obyekt və müəssisələrin, nazirlik və komitələrin fəaliyyətini sözün həqiqi mənasında iflic edib.
Məlum olaylarla bağlı
Moderator.az-ı bilgiləndirən etibarlı mənbə, bugünkü internet kəsintisini sabiq
MTN rəhbərliyinin qisas əməliyyatı kimi dəyərləndirib. Mənbənin sözlərinə görə, bütün ölkənin bir neçə saat ərzində internetdən
tamamilə məhrum edilməsi, sabiq MTN rəhbərliyi və onların azadlıqdakı əlaltılarının
ölkə başçısına qarşı açıq mübarizəyə start verdiyini göstərir:
“Ölkə paytaxtından tutmuş
əyalətlərə qədər bütün respublika ərazisində internetin kəsilməsi bu günə qədər
rast gəlinməyən bir hadisədir və öz miqyasına, vurduğu ziyana görə bunu sözün həqiqi
mənasında fövqəladə hadisə - rabitə terroru hesab etmək olar. İnternet kəsintisinini
iki nazirin ”“ Eldar Mahmudov və Əli Abbasovun vəzifədən azad edilməsi, hər iki
nazirlikdə xeyli sayda insanın məsuliyyətə cəlb edilməsindən sonra baş verir
ki, bu da məlum hadisənin təsadüf olmadığını göstərir.
Bu gün bütün ölkədə ciddi
təşviş və narazılıq doğuran internet kəsintisinin arxasında sabiq MTN naziri
Eldar Mahmudov və onun komandasının qisas əməliyyatı dayanır. Bu məsələdə Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin bəzi əməkdaşlarının da iştirakı istisna
edilmir. Bütün bunlar onu göstərir ki, sabiq MTN rəhbərliyi ölkə başçısına,
dövlət və dövlətçiliyə qarşı sözün həqiqi mənasında savaşa start verib. Uzun
illər ərzində törətdikləri qanunsuzlqulara görə məsuliyyətdən yaxa
qurtarmayacaqlarını anlayan və hissə-hissə, etab-etab həbsxanaya yol salınan
Mahmudov komandası, artıq açıq və qəti şəkildə müqavimət göstərməyə qərar
verib. Azadlıqdakı adamları vasitəsi ilə ölkəni əsas rabitə vasitəsindən məhrum
edən Mahmudovlar komandası, bununla ölkə rəhbəliyindən qisas almaqla yanaşı, həm
də öz əvəzedilməzliklərini sübut etməyə çalşırlar. Başqa sözlə desək, Mahmudovçular bununla sübut
etməyə çalışır ki, ölkədə bütün növ təhlükəsizliklər kimi rabitə təhlükəsizliyinin
təminini də yalnız onlar həyata keçirə bilərlər və onların yoxluğu şəraitində
kimsə bu mühüm missiyanın öhdəsindən gələ bilməz.
Rabitə sektorunda törədilən
bu terrorun əsas səbəblərindən biri də sabiq MTN komandasının yol verdiyi
qanunsuzluqların bəlli bir qismini informasiya bazasından silmək, həmin iziləri
bu şəkildə “təmizləməkdir”x9d.
Məlum terrorun MTN-in Energetika və Nəqliyyat
Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif
Çovdarovun həbsindən dərhal sonra reallaşması da bu
ehtimalı qüvvətləndirən amillərdən biri hesab olunur”x9d.
Mənbənin sözlərinə görə,
baş verən rabitə terrorunun ciddi şəkildə araşdırılacağı və müqəssirlərin ölkə
başçısı tərəfindən məsuliyyətə cəlb ediləcəyi şübhəsizdir.





































































































