Türkiyədə Səadət Partiyasının lideri Mustafa Qamalak Sur vilayətində vətəndaşlarla görüş əsnasında maraqlı təkliflə çıxış edib. M.Qamalak müsəlman dünyasına səslənərək onları İslam ittifaqı , İslam NATO-su qurmağa dəvət edib.
Maraqldır, bu gün belə bir ittifaqın formalaşmasına
ehtiyac varmı? İndiki şərtlər daxilində İslam NATO-su yaratmaq mümkündürmü?
Moderator.az-a
açıqlama verən Azərbaycan Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq
Natiq Miri isə təklifin təqdirəlayiq olduğunu söyləsə də, bunun gerçəkləşməsi
üçün indiki məqamda real şəraitin olmadığını vurğuladı. Ekspertin fikrincə, bu
gün İslam ölkələrinin siyasi və geosiysi maraqlarının üst-üstə düşməməsi bu təklifin
reallaşmasını mümkünsüz edir:
“Əslində
bu təklif normal bir təklifdir. Bu, İslam dünyasının birliyinə çağırışdır. Buna
görə də bu təklif müsbət dəyərləndirilməlidir. Lakin bu təklifin həyta keçirilməsi
mexanizmləri bu gün mövcud deyil. Müsəlman dövləti adına fəaliyyət göstərən bir
çox müsəlman ölkələri əslində bir çox dünya gücləri tərəfindən yaradılan güclər
tərəfindən idarə olunmaqdadır. Bu ölkələr müstəqil siyasi iradəyə malik
olmadıqları üçün onları birlik adına hansısa siyasi, hərbi, iqtisadi birliyə cəlb
etmək, onların ortaq fəaliyətinə nail olmaq mümkünsüzdür. Bu, indiki halda əsla
mümkün görünmür. İslam dünyası adına fəaliyyət göstərən dövlətlərin maraqları,
siyasi və geosiyasi mənafeləri də fərqlidir. Bu gün ərəb dünyası ilə İranın
geosiyasi maraqları eynidirmi? Bu maraqlar nə dərəcədə üst-üstə düşür? Bu maraqları
çulğalaşdırmaq mümkün görünürmü? Bunlar qeyri-mümkün olan məsələlərdir. Bu təklif
təklif olaraq cəlbedici görünür. Amma bunu indiki şəraitdə təmin etmək çox çətindir.
Doğrudur, islam dünyası adına bir sıra islam ölkələrini bir araya gətirmək və hərbi, iqtisadi, siysi güc mərkəzi yaratmaqla
bağlı mövqe orataya qoymaq olar. Ancaq bunu bütün müsəlman ölkələri adına etmək
çox çətin bir məsələdir”x9d.
N.Mirinin
bildirdiyinə görə, İslam dünyasını bir araya gətirmək üçün hər kəsin fərd
olaraq haqqa qayıtması, Quranın tələblərinə riayyət etməsi vacibdir:
“Düşünürəm
ki, bütün İslam dünyasını, müsəlman aləmini birləşdirmək üçü hər kəsin haqqa və
Qurana qayıtması lazımdır. Müxtəlif məzhəb və təriqətlərə parçalanmaqla, dünya
güclərinə boyun əyməklə vahid güc mərkəzi yaratmaq mümkünsüzdür. Buna görə də
bu məsələni ilk növbədə ideoloji anlamda həll etmək lazımdır. Hələlik isə üfüqdə
belə bir məsələ yoxdur”x9d.
Seymur Əliyev



































































































