Tramp “Nobel”ə namizəd OLA BİLƏR

Hazırda oxunan: Tramp “Nobel”ə namizəd OLA BİLƏR

610442

ABŞ Prezidenti Donald Trampın adının 2026-cı il Nobel Sülh Mükafatı namizədləri siyahısında olduğu ehtimal olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harpviken "Reuters"ə bildirib.
 

Onun sözlərinə görə, siyahıya ümumilikdə 287 namizəd daxil edilib, onlardan 208-i ayrı-ayrı şəxslər, 79-u isə təşkilatlardır.


O qeyd edib ki, ötən illə müqayisədə bu il siyahıda yeni adlar çoxdur.

"Sülh mükafatı indiki kimi bir dövrdə daha da vacib olur. Bu gün çox əhəmiyyətli iş görülür", - o Avropa və Yaxın Şərqdəki münaqişələr fonunda sülh səylərini nəzərdə tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin