"Gürcüstanda baş verənlər göstərir ki, artıq Rusiyanın regionda qalması mümkün deyil...”

Hazırda oxunan: "Gürcüstanda baş verənlər göstərir ki, artıq Rusiyanın regionda qalması mümkün deyil...”

609640
“Amma bu heç də o demək deyil ki, biz Rusiyaya münasibətdə hansısa radikal taktikanı seçək. Sadəcə...”
 
“...Hazırda 3 Cənubi Qafqaz ölkəsinə aid olan ümumi bir proses gedir. Son vaxtlar Azərbaycanda da Qarabağ mövzusuyla əlaqədar anti-Rusiya mövqeyi güclənib...”
 
“Gürcüstan parlamentində müzakirəyə çıxarılmış “xarici təsir agentləri” haqqında qanun kütləvi etirazları təşkil edən qüvvələr üçün sadəcə bir bəhanədir. Hiss olunur ki, hakimiyyətdə olan qüvvələr bir çox hallarda rusiyapərəst siyasət aparmaqda suçlanırlar və qərbpərəstlər də onlara qarşı çıxırlar. Yəni ölkədəki əsas mübarizə bu müstəvidə gedir”. 
 
Bunu Moderator.az-a açıqlamasında Gürcüstanda son kütləvi etiraz aksiyalarından sonra yaranmış ictimai-siyasi durumu şərh edən sabiq baş diplomat Tofiq Zülfüqarov söyləyib.
 
“Görsənir ki, artıq bəzi məlumatlara görə, rusiyapərəst gürcü iş adamı Bidzina İvanişvili hakimiyyətdən əl çəkmək istəyir. Əslində o, rəsmi olaraq hakimiyyətdə deyil, pərdə arxasından idarə edir. Bir sözlə, Gürcüstanda gərginlik artır... Gərginlik olanda da,  bilirik ki, kənar oyunçular da fəallaşırlar. Bunun nəticəsi nə olcağını zaman göstərəcək. Görürük ki, artıq qanun məsələsi arxada qalıb, amma etirazlar yeni şüarlarla davam edir. Yeni tələblərdən biri də bundan ibarətdir ki, Gürcüstan Abxaziyada öz suverenliyini bərpa etməlidir. Bu baxımdan anti-Rusiya mövqeləri daha da güclənəcək. Və onu da deyək ki, hazırda 3 Cənubi Qafqaz ölkəsinə aid olan ümumi bir proses gedir. Son vaxtlar Azərbaycanda da Qarabağ mövzusuyla əlaqədar anti-Rusiya mövqeyi güclənib.  Həmçinin Ermənistanda da... Əslinə qalsa, bunlar, o cümlədən Gürcüstanda baş verənlər gözlənilən idi. Hələ Rusiyanın Ukraynaya təcavüzündən öncə mən artıq bir çox açıqlamalarımda deyidrdim ki, Qafqazda Rusiyanın nüfuzu zəifləyəcək və Kreml ardıcıl şəkildə regiondan çəkilməlidir. Və bu ölkənin nüfuzu və geopolotik durumu zəifləyir, Çin kimi yeni oyunçular peyda olur. Hazırda Qərb-Çin qarşıdurması daha aktualdır. Bütün deyilənlər baxımından hesab edirəm ki, Rusiyanın iqtisadi, siyasi və s. əsasları olmadan regionda qalması mümkün deyil... Ukrayna hadisələri bunu daha da gücləndirib. Və hamı o fikirdədir ki, artıq Moskvanın burada nüfuzu günü-gündən azalacaq. Amma bu heç də o demək deyil ki, biz Rusiyaya münasibətdə hansısa radikal taktikanı seçək. Sadəcə, uyğun vaxtda gərəkli addımlar atmaq lazımdır. Vəssalam...”,- deyə keçmiş xariciişlər naziri vurğulayıb.
 
Sulta Laçın
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin