Gürcüstanda xarici təsir agenti haqqında qanun layihəsinin qəbulu ilə bağlı kütləvi etirazlar başlayıb. Buna görə bir çox rusiyalılar vətənlərinə qayıtmaq qərarına gəliblər. Yuxarı Lars keçid məntəqəsində yenidən kilometrlərlə tıxac yaranıb.
Moderator.az xəbər verir ki, bu haqda "Eanews" nəşri məlumat yayıb.
"Şahidlər bildirirlər ki, sərhədə yaxın növbələrdə olan yerlər artıq satılır", - "Mash" teleqram-kanalı yazır. Sosial şəbəkələrdə ruslar “Gürcüstan borcları” ilə ölkədən buraxılıb-buraxılmadıqlarını və nə qədər tıxacda qalacaqlarını öyrənməyə çalışırlar.
Xatırladılır ki, yalnız 2022-ci ilin iyul-sentyabr aylarında Rusiyanı 9,7 milyon insan tərk edib. Gedişlərin təxminən 70%-i beş ölkəyə olub. Ən çox rusiyalı Abxaziyaya gedib. İyul-sentyabr aylarında oraya demək olar ki, 2,5 milyon rus köçüb. İkinci yerdə Türkiyədir - demək olar ki, 2,1 milyon insan. Onları Qazaxıstan (1,25 milyon nəfər), Gürcüstan (460 min nəfər) və Finlandiya (430 min nəfər) izləyir.
Sultan Laçın

































































































