"Son 5 ildə Orta Asiya və Cənubi Qafqazdan bir milyondan artıq şəxs Rusiya vətəndaşlığı alıb..."

Hazırda oxunan: "Son 5 ildə Orta Asiya və Cənubi Qafqazdan bir milyondan artıq şəxs Rusiya vətəndaşlığı alıb..."

585937
Rusiyada yeni səfərbərlik dalğasından kimlər ehtiyat etməlidir?..
 
"Rusiya vətəndalığını alanlar təkcə hüquqlar deyil, həm də vəzifələr əldə edir...
 
 
Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin bəyan edib ki, Ukraynada "xüsusi hərbi əməliyyat" zonasına əslən Orta Asiyadan olanları prioritet olaraq göndərmək lazımdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" nəşri məlumat yayıb.
"Rusiya vətəndaşlığı alan insanlar təkcə hüquqlar deyil, həm də vəzifələr əldə edir, onların arasında Rusiya Federasiyası Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçmək də var.
 
Son beş ildə Orta Asiya və Cənubi Qafqazdan olan bir milyondan artıq şəxs, o cümlədən Tacikistan,  Özbəkistan və Qırğızıstanın 550 min keçmiş sakini Rusiya vətəndaşlığı əldə edib", - o, deyib.
 
Bastırkin həmçinin xatırladıb ki, xaricilər müqavilə üzrə hərbi xidmətə daxil olan halda asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığı əldə edə bilər.
 
Rusiyanın insan haqları üzrə Şurasının rəhbəri Valeri Fadeyev İsraili nümunə gətirərək belə vətəndaşların çağırış yaşının 45-50 yaşadək artırılmasını təklif edib. 
 
Fadeyev aydınlaşdırıb ki, tez-tez səsləndirilən iradlardan biri Rusiyaya gələn və vətəndaşlıq alan əmək miqrantları və digər vətəndaşlara aiddir. 
 
Çağırış yaşından böyük olan insanlar hərbi-uçot ixtisası ala bilmir və ehtiyata düşə bilmir.
 
Qeyd edək ki, Rusiya hakimiyyəti ikinci səfərbərlik dalğası zamanı nizami ordunun sayını artırmağı, habelə Ukraynada müharibəyə ehtiyatdan yarım milyon adamı cəlb etməyi planlaşdırır. Bir çox mənbələr yazır ki, bu, artıq gizli formada baş verməkdədir.
 
Xatırladaq ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilib, bu, kişilərin kütləvi şəkildə Rusiyadan axınına səbəb olub.
 
Sentyabrın 30-da Putin müqavilə əsasında ən azı bir ilə hərbi xidmətə yazılan və döyüş əməliyyatlarında ən azı altı ay iştirak edən xarici vətəndaşların Rusiya vətəndaşlığına asanlaşdırılmış qəbulu barədə fərman imzalayıb. 
 
Noyabr ayında o, xarici vətəndaşlara, Rusiya vətəndaşları kimi, müqavilə üzrə orduda xidmət keçə bilməsi barədə düzəlişləri təsdiq edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin