"Mən heç kimə nifrət edə bilmərəm, kimsəyə yarınmağa da cəhd etmirəm..." - Valeri Meladze

Hazırda oxunan: "Mən heç kimə nifrət edə bilmərəm, kimsəyə yarınmağa da cəhd etmirəm..." - Valeri Meladze

583256
"O, iki stulda əyləşib, hər tərəfdən qoparmağa cəhd edir..."
 
"Meladzeni adlarından deyil, Rusiya vətəndaşlığından məhrum etmək və xarici agent kimi tanımaq lazımdır..."
 
"Mən hərarətlə sevdiyim iki xalqın qarşıdurmasının tezliklə bitməsini istəyirəm..."
 
Meladze "vəhşiliyə, çirkinliyə, xəyanətə" görə cavab verib...
 
Müğənni Valeri Meladze Dubayda gecə şənliyində baş vermiş insidentə aydınlıq gətirib.
 
Həmin hadisədən sonra onu Rusiya vətəndaşlığından, bütün mükafat və adlardan məhrum etmək və hətta xarici agent kimi tanımaq tələb edilib.
 
Moderator.az xəbər verir ki, özünə haqq qazandırmağa cəhd edən Meladze özünün "İnstagram" səhifəsində öz fikirlərini bölüşüb. Məlumatı "Dron.media" nəşri yayıb.
 
Xatırladaq ki, bu ərəfədə sosial şəbəkələrdə Dubaydakı konsertdən paylaşılan videoda tamaşaçılardan birinin "Ukraynaya eşq olsun" ifadəsinə müğənni pıçıltı ilə "Qəhrəmanlara eşq olsun!" cavabını verib.
 
Bundan sonra rusiyalı siyasətçilər tərəfindən Meladzenin ünvanına tənqid dalğası vüsət alıb.
 
Belə ki, "Ədalətli Rusiya-Həqiqət uğrunda" fraksiyasının lideri Sergey Mironov Meladzeni Rusiyada bütün adlardan məhrum etməyə çağırış edib:
 
"O, iki stulda əyləşib, hər tərəfdən "qoparmağa" cəhd edir. Artıq müəyyən etmək zamanıdır. Hərçənd, davranışından onun kimin tərəfini seçdiyi aydın olub".
 
Tarixi irs Fondunun rəhbəri Aleksandr Karabanov Meladzeni xarici agent kimi tanımağı təklif edib.
 
Dövlət Dumasının mədəniyyət üzrə komitə sədrinin  birinci müavini Yelena Drapeko Karabanova dəstək verərək əlavə edib ki, vokalçıya Rusiyaya girişi qadağan etmək lazımdır.
 
"Vəhşilik! Çirkinlik! Xəyanət! Buna görə Meladzeni adlarından deyil, Rusiya Federasiyası vətəndaşlığından məhrum etmək lazımdır", - Orenburq vilayətindən olan senator Meladze ilə bağlı videonu belə şərh edib.
 
Meladze rusiyalı məmurların qəzəbinə Rusiyada qadağan edilmiş sosial şəbəkənin səhifəsində cavab verib.
 
"İnsanlar, mən istəyirəm ki, mənim sözlərimi eşidib anlayasınız. Artıq 10 aydır ki, mən bir çox başqaları kimi böyük kədər içərisindəyəm.
 
Belə alınıb ki, mənim hərarətlə sevdiyim iki xalq münaqişəyə cəlb edilib və bu münaqişədə insanlar həlak olur.
 
Mən heç kimə nifrət edə bilmərəm və bunu istəmirəm. Mən kimsəyə tərəf olmağa, yarınmağa da cəhd etmirəm.
 
Mən yalnız onu arzu edirəm ki, bu antaqonizm bitsin və iki yaxın xalq arasında anlaşma yaransın.
 
Mən bunun naminə bütün gücümü sərf eməyə hazıram", - Meladze "İnstagram" səhifəsində yazıb və Ukraynada müharibənin bitməsi üçün konkret olaraq nəyə hazır olduğunu dəqiqləşdirməyib.
 
57 yaşlı Valeri Meladze Rusiyanın əməkdar və Çeçenistan Respublikasının xalq artistidir.
 
2005-ci ildə o, həmçinin Ukraynanın müstəqillik günü ilə əlaqədar olaraq "Krım Muxtar Respublikasının əməkdar artisti adına layiq görülüb. 
 
Onun qardaşı, bəstəkar Konstantin Meladze Ukraynanın əməkdar incəsənət xadimidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin