“Feysbuk bəzi müəllifləri bir anın içərisində “populyar”x9d edə bilir”x9d

Hazırda oxunan: “Feysbuk bəzi müəllifləri bir anın içərisində “populyar”x9d edə bilir”x9d

113073
Yazar, “Qobustan”x9d jurnalının əməkdaşı, dörd bədii və bir neçə tərcümə kitabının müəllifi Narıngül Babayeva Moderator.az əməkdaşının suallarını cavablandırıb:


- Narıngül xanım, şeirə vurğun olduğunuzu, təbii ki, bilirik. Onu da bilmək maraqlı olardı, şeir sizin üçün nədir?

- Qeyd edim ki, mənim şeirə xüsusi “vurğunluğum”x9d yoxdur. Yəni saatlarla şeir dinləmək, yaxud şeir oxumaq həvəsindən uzağam. Amma yaxşı şeir oxuyanda zövq almıram desəm də yalan olar. Daha çox tanıdığım, bəyəndiyim imzaları oxuyuram. Şeir mənim üçün müəyyən məsafəyə çəkilib özünü müşahidə etmək, öz duyğularına, hisslərinə işıq salmaq, kədərini çözələməkdir. Şeir daxili narahatlıqdır. Bəzən  bu narahatlığı böyütməmək, daha iri planda göz ilə görməmək üçün şeirdən uzaqlaşıram. Belə bir məsəl var: “Dərdi böyütmək istəmirsənsə gözlərini yum, üzünə baxma”x9d. Amma sonda təbii ki, təslim oluram.

- Ədəbiyyatı özünüzə yaxın hiss edirsinizmi?

- Əlbəttə! Əslində, ədəbiyyatla aramda məsafə yoxdur. Ədəbiyyat mənim canıma, qanıma hopub. Hər gün nə isə yazıram, nə isə oxuyuram və bu planlaşdırılmadan, qeydə alınmadan spontal şəkildə baş verir. Ədəbiyyat mənimçün ruhumun təminatıdır. Həyatımda, yaşam tərzimdə yarım qalmış bir boşluğun doldurulmasıdır. Bəzən olub ki, yazmamağa, normal,  real insan həyatını yaşamağa qərar vermişəm. Bu zaman hiss etmişəm ki, yaşam prosesində bir boşluq hökm sürür və bu boşluğu doldurmadan yaşamaq  düşüncəsizliyə, ruhani durumumun iflic vəziyyətinə gətirir. 

- Ədəbiyyatla təmasda olmaq sizdə alınır?

- Özümü yaxşı oxucu hesab edirəm. Saatlarla mütaliə edə bilərəm. Bəzən olub ki, oxuduğum kitabı bir neçə dəfə təkrar oxuyuram və hər dəfə də əvvəlkindən daha  artıq  zövq ala bilirəm. Oxuduqlarımdan təsirlənə bilirəm. Və yaradıcılıqla məşğul oluram. Deməli, ədəbiyyatla təmasım alınır... 

- Özünüzü tanınmış şair hesab edirsiniz?

- Müəyyən dairələrdə tanınıram. Bugünkü ədəbi mühiti nəzərə alsaq imzam tanınır. Nəzərə alsaq ki, feysbuk səhifələri bəzi müəllifləri bir anın içərisində “populyar”x9d edə bilir, artıq “tanınmaq”x9d sözünü arxa plana atmaq da olar. Söhbət qəbul olunub ”“ olunmamaqdan gedir. Mənim yaradıcılığım həm şeir, həm də nəsrdən ibarətdir. Ümumi yaradıcılığıma nəzər saldıqda hiss edirəm ki, qəbul olunuram. Müasir oxucunun nə istədiyini bildiyimdən yaradıcılığım haqqında danışarkan  özümdə bir qədər əminlik yarada bilirəm.

- Şeirləriniz əsas mövzusu nəyə həsr olunur?

- Şeirlərimdə qadın mövzusu daha çox işlənilir. Bunun  da əsas səbəbi   öz iç dünyamı, daxili təlatümlərimi, psixoloji məqamları, mübarizələri qələmə almağımdır. Özümə müxalif insan olduğum üçün iç dünyamdan kifayət QƏDƏR MÖVZU TAPIRAM. Bəzənsə özümü xilas etməyə çalışıram və bu  da yazılarımda öz əksini tapır.  

- Şeir yazmağa nə vaxtdan başlamısınız?

- Şeir yazmağa 6-cı sinifdə oxuduğum zaman başlamışam. İlk şeirim “Bahar”x9d adlanırdı. Həmin şeiri  “Azərbaycan gəncləri”x9d  qəzetinə göndərdim və bədii cəhətdən zəif olduğu üçün çap etmədilər. Son vaxtlar çap olunan bəzi zəif şeirləri görəndə o şeiri xatırlayıram. 

- Müxtəlif sayt və xəbər portallarında şeirləriniz dərc olunanda oxucuların sayını izləyirsinizmi? Yəni oxucularınızın sayı sizə nə dərəcədə önəmli və maraqlıdır?

- Əvvəllər belə şeylərlə çox maraqlanırdım. Son vaxtlar çap olunmaq, izləyici sayının çox, yaxud az olması mənə maraqlı görünmür. Əsas odur ki, bədii cəhətdən keyfiyyətli olan nə isə yazım. Necə deyərlər, oxucularımı artıq yaxşı tanıyıram. Mənim üçün önəmli olan öz senzuramdır. Özüm bəyənirəmsə, demək məsələ həll olunubdur. 

- Hər bir yaradıcı insanın, xüsusilə də, şairlərin öz ilham pəriləri olur. Sizin ilham pəriniz varmı?

- Mənim ilham pərim öz ruhsal halımdır. Elə bir zaman ola bilər ki, günlərlə heç nə yaza bilmirəm, yaxud əksinə. Ancaq bilmirəm, problemlərdən arınmış, yazmağa köklənmiş insan  əhval-ruhiyyəsini ilham pərisi adlandırmaq olarmı?..
  
-Yaradıcılığa maddi maraq kimi baxanlar da var, hətta bəziləri bəhrəsini də görür. Sizin üçün yaradıcılıq  nədir, maddi maraq, yoxsa mənəvi ehtiyac?

-Yaradıcılıq daha çox mənəvi ehtiyacdır. Ancaq bu iş artıq yaşam tərzinə çevrilibsə, maddi ehtiyaca çevrilməyi də labüddür. Deyim ki, İndi dünyanın əksər yerlərində beyin məhsulu öz həqiqi dəyərini almadığından bu sahəyə sırf  maddi maraq xatirinə gələnlər bu başdan uduzduqlarını göz önünə almalıdırlar. 

-Adətən, sərbəst şeir yazan şairlər qınaq obyektinə çevrilirlər, hətta haqsız iradlara da tuş gəlirlər. Bəlkə sərbəst şeirləri çoxları anlamır?

-Azərbaycan ədəbiyyatında sərbəst poetik nümunələr hələ XI-XII əsrdən- “Kitabi Dədə Qorqud”x9d dastanlarından başlansa da, sonrakı dövrlərdə heca şeiri önə  keçdi və ədəbiyyatımız demək olar ki, əsasən bu vəznin üzərində inkişaf etdi. Xüsusən şifahi xalq ədəbiyyatında ənənəvi aşıq şeirinin, gəraylı, qoşma və təcnislərin ədəbiyyat tarixində xüsusi yeri olub. Keçən əsrin 20-30- cu illərində Mikayıl  Rəfili, Rəsul Rza, Əli kərim  yaradıcılığı ilə öz yerini möhkəmlədən sərbəst şeir janrı bir əsrə yaxındır ki, ədəbiyyatımızda öz mövqeyini qoruyub saxlamaqdadır. Öz förma və məzmununa görə  60-cı illərdən bu yana sərbəst şeirin bir çox istedadlı müəllifləri öz imzasını tanıdıb. Məsələ hansı vəzndə yazmaq deyil, necə yazmaqdadır. Məsələn, tanınmış şair Salam Sarvan heca şeirləri ilə XXI əsrin əvvəllərində məktəb yarada bildi. Aqşin Yenisey isə sərbəst şeirdə yeni məzmun və özünəməxsus poetik ovqatı ilə oxucunu təəccübləndirməyi bacardı. Amma bu gün çoxlu sayda sərbəst şeirə müraciət edənlər var ki, şeirləri bir- birindən o qədər də fərqlənmir. Plagiatçılıq və imitasiya şeirləri daha çox önə keçməkdədir. 
      
-Çox təəssüf ki, bu gün bir-iki cızma-qara edən də özünü şair hesab edir...

-Məncə bu daha çox “feysbuk ədəbiyyatının”x9d bugünkü ədəbi duruma vermiş olduğu “töhvədir”x9d. Bunun fəsadları və acı nəticələri yəqin ki, uzun müddət özünü göstərəcək. Feysbuk səhifəsində paylaşılan söz yığını müəllifin dost ”“tanışları tərəfindən çoxlu sayda “bəyənmə”x9d yığdıqdan sonra həmin cızmaqaraçı artıq özünü şair kimi təqdim etməyə başlayır. Təəssüf ki, bəzən təcrübəli, öz imzası ilə artıq yetərincə tanınmış şairlər, belə müəlliflərə irad bildirmək əvəzinə şeirlərin altından  təriflər yağdırırlar. 

- Ümumiyyətlə, şair daxili dünyasında baş verən zəngin hadisələrə əsaslanaraq o şeirləri ərsəyə gətirməlidir, yoxsa hiss edib düşündüyünü yazmalıdır?

- Poeziya hiss etdiklərini yaddaşına köçürmək, sonra onu sənə tanış olan bir ritmə salmaq sənətidir. 

- Ədəbiyyatın qanunları nədən ibarətdir?

- Mənim düşüncəmə görə ədəbiyyatın əsas qanunları mütaliədən və intensiv olaraq yazmaqdan ibarətdir. Yazmaq dedikdə əlbəttə, düşüncələrini kağıza köçürməyi nəzərdə tutmuram.Yazını köçürmək işi ən sonuncu mərhələdir. Yazmaq istədiklərini uzun müddət beynində gəzdirmək də olar.

- Sizcə, şairliyin ən gözəl cəhəti nədir?

- Şairliyin ən gözəl cəhəti odur ki, öz düşüncələrinə, romantik dünyana başqalarını da şərik edə bilirsən. Yazdığın poetik nümunə başqalarına zövq verirsə, bu insanı sevindirməyə bilməz. Həm də, insani aspektdən yanaşıldıqda praqmatik tərəf də kənarda qala bilməz. Yəni bunun şöhrət tərəfi də var və insan övladı həmişə şöhrətə meyillli olur.  

- Ən çox sevdiyiniz şair kimdir? Kimi daha çox oxuyursunuz?

- Oxuduğum şairlər çoxdur. Ancaq müxtəlif məqamlarda, bəzən hansısa bədbinlikdən qurtulmaq, özümü daxili təlatümlərdən qurtarmaq istədiyim zaman   Salam Sarvanın və Orhan Vəlinin şeirlərini oxumağı xoşlayıram. 

- Neçə kitabınız çap olunub?

- “İşıqda adiləşmək qorxusu”x9d, “Qadın da ağac kimidir”x9d adlı iki şeir kitabım və “Güzgüdəki qadın”x9d adlı bir nəsr kitabım işıq üzü görüb. “Qar çiçəyi”x9d adlı nəsr kitabım “Elm və təhsil”x9d nəşriyyatında çapa hazırlanır. 

- Gənc şairlərin yaradıcılığı ilə maraqlanırsızmı? Və onlardan kimləri tanıyırsız, bəyənirsiz, oxuyursuz. Kimlərə dəstək olubsuz və indiyə kimi olursuz?

- Ədəbi mühiti daima izləyirəm. Çalışıram ki, heç bir imza gözümdən qaçmasın. Düşünürəm ki, bu hər bir yazar üçün keçərlidir. Müəllifinin kimliyindən, hansı yaşda olmasından asılı olmayaraq  maraqlı yazıları oxuyuram.  Gənclər bu gün polemikalarda fəal iştirak edirlər, bütün janrlarda özlərini sınayırlar. Bu çox yaxşıdır. Hələlik mənzərə bir qədər xaotik görünsə də bu aktivlik öz bəhrəsini verəcək. Ədəbi mühitdə imkanım çatan qədər dəstək olduğum gənc yazarlar olub, adlarını çəkmək istəmirəm.  

- Gənc şairlər hərdən tənqidlə üzləşir. Bəs siz kimisə nə vaxtsa tənqid edibsizmi? Ümumiyyətlə, tənqidə münasibətiniz necədir?

- Təəssüf ki, gənc şairlər bu gün tənqidi qəbul etmək istəmirlər. Olub ki, bəzən hansısa zəif şeirə öz münasibətimi  billdirmişəm və demək olar ki, əksər hallarda narazılıqla qarşılaşmışam. Mən öz yazılarımla bağlı tənqidi eşitməyə hər zaman hazıram. Əsərin təhlilinə yönələn tənqid müəllifin xeyrinədir.

- Şeirlərinizi, ümumiyyətlə, günün hansı çağı yazırsınız? 

-Mən, ümumiyyətlə, yaradıcılıqla səhər tezdən məşğul oluram . Günün birinci yarısında yazıram. Günortadan sonra yazı yazmaq həvəsim və enerjim tükənir. 

-Yaxşı şeir yazıb ortaya çıxarmaq üçün şairə nə qədər vaxt lazımdır?

- Mənə görə yaxşı şeir mütləq beyində, düşüncədə yazılır. Ola bilər bir həftəyə, ola bilər ondan da çox zaman müddətinə yazıla bilər. Bəlkə də bu başqalarında fərqlidir. Amma şəxsən mən oturub bədahətən nə isə yaza bilmirəm.   

- Oxucularla tez-tez ünsiyyətdə olursunuz?

- İndi elə bir duruma gəlib çatmışıq ki, oxucularımızın əsas hissəsi yazar yoldaşlarımızdır. Onlarla da müxtəlif tədbirlərdə görüşürük. Olur ki, müxtəlif görüşlərə də dəvət edirlər. Deyim ki, belə görüşlərə meyilli birisi deytiləm. Çox adam olan yer məndə narahatlıq yaradır. Həm də şeir söyləməyi o qədər də xoşlamıram. 

- Nəsr ya şeir. Daha çox şeir yazırsız ya nəsr?

- Nəsri şeirdən daha çox sevirəm. Şeir yazarkan adətən melanxolizmə yuvarlanıram. Bəzən bu hal şeir yazdıqdan sonra da bir müddət davam edir. Nəsrdə isə tam əksinədir.  Son vaxtlar daha çox nəsr yazıram. Mənə elə gəlir ki, bu məndə daha yaxşı alınır. Nəsr təhkiyəsi mənə daha çox tanışdır. 

-Sizcə, insanın daxili aləminə, hisslərinə müdaxilə etmək düzgündürmü? 

- İnsanın  daxili aləminə, hisslərinə müdaxilə etmək kimnisə evinə icazəsiz daxil olmağa bənzəyir. Sözsüz ki, dost kimi məsləhət vermək, münasibət bildirmək olar.  

- Sevdiyiniz şəxsə şeir həsr edibsinizmi?

-Əlbəttə.

- Şeir zənginlik, şair isə zəngin insandır. Siz özünüzü zəngin hiss edirsinizmi?

- Bunu yazdığım şeirlərlə  müəyyənləşdirmək olar.  Fizuli:  “Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”x9d deyib. Duğyduğundan, olduğundan  artığını izhar etmək mümkün deyil.

Leyla Namazova



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin