Nigeriyanın şimal-şərqindəki Borno əyalətində məscidə hücum olub.
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, Maiduguri şəhərində yerləşən məscidə bomba yüklənmiş şəxs daxil olub, ardından iki böyük partlayış baş verib.
Hücumun axşam namazı vaxtı təşkil olunduğu qeyd edilir. Xəstəxana səlahiyyətlilərindən Umaru Shehu 55 nəfərin həyatını itirdiyini qeyd edib.
Hücumu “Boko Haram”x9d terror qruplaşmasının etdiyi güman edilir.



































































































