Nepalda baş verən 7,9 bal gücündə zəlzələnin yeni görüntüləri yayılıb.
ANS PRESS-in məlumatına görə, Nepalın Çinlə sərhədində hündür dağlarda müşahidə kameraları tərəfindən qeydə alınan görüntülərdə dağların yerindən oynadığı əks olunub.
Güclü yeraltı təkanlardan sonra əhalinin panikaya düşdüyü də görüntülərdə yer alıb.
Qeyd edək ki, son açıqlanan rəqəmlərdə Nepalda baş verən zəlzələdə ölü sayının 4 min 500 nəfərə çatdığı bildirilir. Təkanlar nəticəsində yaralananların sayı isə azı 8 min 500-ə çatıb.
Nepal baş naziri Suşil Koirala mətbuata açıqlamasında qeyd edib ki, ölü sayı 10 minə çata bilər.
Qeyd edək ki, indiyə qədər Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Böyük Britaniya, Çin və İsrail Nepala yardım əlini uzadıb.




































































































