
“Hennessey”x9d tüninq atelyesi “Cadillac CTS-V”x9d-nin yeni modifikasiyasını hazırlayıb. Amerikalılar bildirirlər ki, təkmilləşdirmə paketi sayəsində model dünyada ən sürətli sedan olacaq. Yenilik məhdud tirajla ”“ 24 ədəd buraxılacaq.
Sedanın kapotu altında gücləndirilmiş ikili turboyükləyicisi olan 6,2-litrlik benzin V8 mühərriki quraşdırılacaq. Mühərrikin gücü 1000 a.g.-dür, maksimal sürət isə 386 km/saatdır.

AqreqAqreqat, həmçinin döyülmüş alüminium porşnlər, yeni dirsək valı və silindrlər bloku alacaq. Bundan əlavə, “Hennessey”x9d mühəndisləri yanacaqvermə və buraxma sistemlərini də təkmilləşdirirlər.
Xatırladaq ki, “Cadillac CTS-V”x9d-nin adi versiyası 6,2-litrlik 640 a.g. (477 kVt) və 855 Nm fırlanma anı verən 6,2-litrlik V8 mühərriki ilə təchiz edilir. Mühərrik 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Bu, kupe “CTS-V”x9d-ə “yüzlüyə”x9d 4 saniyədən də tez çatmağa kömək edir. avtomobilin maksimal sürəti 322 km/saatdır.

































































































