Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkələrin cəmiyyətdə qütbləşməni dərinləşdirdiyini və demokratiyaya zərər vurduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Makron bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələr zorakılıq səhnələrinə cəmiyyətin reaksiyasını iflic edir və ən dağıdıcı qüvvələrin səfərbər olunması üçün alətə çevrilir.
Makron qeyd edib ki, oktyabrın 17-də platformalardan cinayətlərin, hücumların və talanların baş verdiyi ərazilərə gəncləri və yalnız gəncləri deyil, müxtəlif yaş qruplarından olan insanları cəlb etmək üçün istifadə olunub.
Fransa Prezidenti, həmçinin sosial şəbəkələrdə zorakılığın reallığından müəyyən dərəcədə uzaqlaşma meylinin formalaşdığını vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:32 / 26.10.2026
“Sosial şəbəkələr demokratiyaya zərər vurur” - Makron
Hazırda oxunan: “Sosial şəbəkələr demokratiyaya zərər vurur” - Makron
Hazırda oxunan: “Sosial şəbəkələr demokratiyaya zərər vurur” - Makron
644376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































