Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş

Hazırda oxunan: Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş

644426

Bakıda Xətai rayonu, General Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab Hava" restoranında qətlə yetirilən "Ceyhun Sabunçu" ləqəbli şəxsin kimliyi bilinib.

Bizim.Media xəbər verir ki, bu, Baş Prokurorluğun bu gün yaydığı məlumatdan aydın olur.

Bildirilib ki, qətlə yetirilən şəxs 1983-cü il təvəllüdlü Cəlal Mirağayevdir.

 

Qeyd edək ki, hadisə ilə bağlı Emin Rəhimo və Elmar Cəfərovla yanaşı, Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu, Xəyyam Səfixanov, Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.


Xatırladaq ki, Əhməd Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin oğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin