Kiyev ballistik raketlərlə vuruldu: Ölən və xəsarət alanlar var – FOTO

Hazırda oxunan: Kiyev ballistik raketlərlə vuruldu: Ölən və xəsarət alanlar var – FOTO

644415

Rusiya ordusu oktyabrın 26-sı axşam saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərini ballistik raketlərlə vurub.

Bizim.Media xəbər verir ki, axşam saatlarında Kiyevdə güclü partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi aktiv işə düşüb.

Yerli monitorinq qruplarının yaydığı məlumata görə, Kiyevə 5-6 ballistik raket atılıb. Əsas hədəf isə enerji infrastrukturları olub.

Kiyev şəhər meri Vitali Kliçkonun açıqlamasına görə, hava zərbələri nəticəsində paytaxt sakinlərindən 7 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. Həmçinin Kiyevin Dnepropetrovsk rayonunda iki tibb məntəqəsində dağıntılar qeydə alınıb.

Hava hücumu zamanı bu rayonun supermarketi dağılıb, azı bir nəfər həlak olub. Xəsarət alanlar arasında hadisə yerinə gələn tibb işçiləri də var.

Kiyev ballistik raketlərlə vuruldu: Ölən və xəsarət alanlar var – FOTO - foto 1
Kiyev ballistik raketlərlə vuruldu: Ölən və xəsarət alanlar var – FOTO - foto 2
Kiyev ballistik raketlərlə vuruldu: Ölən və xəsarət alanlar var – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin