İran: “ABŞ-ın təhdidləri dünya ölkələrinə ciddi təsir göstərmir”

Hazırda oxunan: İran: “ABŞ-ın təhdidləri dünya ölkələrinə ciddi təsir göstərmir”

644397

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani deyil, Əli Rəzai ABŞ-nin təhdidlərinin dünya ölkələrinə ciddi təsir göstərmədiyini bildirib.

Bizim.Media xəbər verir ki, o, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yüksəkvəzifəli nümayəndələrinin səfərlərinin bunu bir daha nümayiş etdirdiyini vurğulayıb.

Rəzai qeyd edib ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının rəsmiləri regionun problemlərinin həllini dörd ölkə arasında əməkdaşlığın gücləndirilməsində görürlər.

“Belə qənaətə gəldik ki, Qərbi Asiyada təhlükəsizlik region ölkələrinin öz qüvvələri hesabına təmin edilməli, istənilən xarici müdaxilənin qarşısı alınmalıdır”, – deyə o deyib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin