Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO

Hazırda oxunan: Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO

644403

Oktyabrın 26-da Hövsan Yarış Kompleksində keçirilən qarşılaşmalarda Azərbaycan millisi əvvəlcə İsrail yığması ilə üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb. Günün sonunda millimiz Haiti yığması ilə qarşılaşıb. Görüş Haiti millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizim.Media xəbər verir ki, AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan millisinin gün ərzində keçirdiyi hər iki qarşılaşmanı izləyib.  O, həmçinin milli komandanın üzvləri ilə görüşərək futbolçularla səmimi söhbət edib.

Gün ərzində FİFA prezidenti Canni İnfantino da Hövsan Yarış Kompleksini ziyarət edib. FİFA prezidenti müxtəlif qarşılaşmaları izləyib, yarış meydançalarında olub, futbolçular və turnirin təşkilində çalışan əməkdaşlarla söhbət edib.

FİFA U-15 Dünya Çempionatı və Festivalı 2026 çərçivəsində qarşılaşmalar növbəti oyun günlərində də davam edəcək.

Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO - foto 1
Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO - foto 2
Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO - foto 3
Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO - foto 4
Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO - foto 5
Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO - foto 6
Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO - foto 7


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin