Kriptovalyuta bazarında son günlər qeydə alınan ucuzlaşmadan sonra müəyyən bərpa müşahidə olunur. Əsas rəqəmsal aktivlərin əksəriyyəti son 24 saat ərzində bahalaşıb.
Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 0,28% bahalaşaraq 79 657,76 ABŞ dollarına yüksəlib.
Bununla belə, kriptovalyutanın qiyməti son 7 gündə 2,88%, son 30 gündə isə 5,60% azalıb.
“Ethereum” 0,57% bahalaşaraq 2 309,90 dollara, BNB 0,50% artaraq 737,89 dollara çatıb. “Zcash” 3,48% yüksələrək 1 220,54 dollara, “Monero” isə 2,33% bahalaşaraq 602,67 dollara yüksəlib.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
09:28 / 27.10.2026
“Bitcoin”in SON qiyməti
Hazırda oxunan: “Bitcoin”in SON qiyməti
Hazırda oxunan: “Bitcoin”in SON qiyməti
644428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































