UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” oyun öncəsi son məşqini keçirib.
Bizim.Media xəbər verir ki, artıq iki gündür Polşada olan Azərbaycan təmsilçisinin baş məşqçisi Fərid Ələkbərov azfutzal.az-a komandanın hazırlığı barədə danışıb:
“Son iki məşqimizi oyunun keçiriləcəyi “Prezero Arena”da keçirdik. Yaxşı hazırlaşmışıq, heyət üzvləri də yaxşı formadadır. Ən əsası zədəli futzalçımız yoxdur. Komanda demək olar, sırf yerli futzalçılardan qurulub. Yalnız bir legionerimiz var. Bu da öz uşaqlarımız üçün əla fürsət, yaxşı şansdır. Bu mərhələdə oynamaq, həyəcanı yaşamaq hər idmançıya qismət olmur”.
Baş məşqçi kimi Çempionlar Liqasında debüt edəcək F. Ələkbərov rəqibin kimliyindən asılı olmayaraq maksimum nəticə üçün mübarizə aparacaqlarını vurğulayıb:
“Bilirik ki, rəqiblərimiz də iddialıdır və növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaqlar. Xüsusilə də meydan sahibi kollektivi qeyd etmək istərdim. Onlar neçə ildir uğur qazanmaq üçün heyət yığırlar. Həm də oyunlar onların doğma məkanında keçiriləcək. Azarkeş dəstəyi də onların xeyrinə olacaq. Digər rəqiblərimiz də turnirə yaxşı heyətlə qatılacaqlar. Hansı komanda ilə qarşılaşacağımızdan asılı olmayaraq sona qədər mübarizə aparacağıq. Məqsədimiz isə bütün oyunlarda qələbə qazanmaqdır”.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:56 / 26.10.2026
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
Hazırda oxunan: "ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
Hazırda oxunan: "ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
644379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































