Hərbi xidmətlə bağlı yeni qanun GÜNDƏMDƏ – Hansı dəyişikliklər təklif olunur?

Hazırda oxunan: Hərbi xidmətlə bağlı yeni qanun GÜNDƏMDƏ – Hansı dəyişikliklər təklif olunur?

643815

“Azərbaycanda Vətən müharibəsindən sonra hərbi xidmətlə bağlı yeni qanun layihəsi hazırlanmalı və mövcud qanunvericilik müasir tələblərə uyğunlaşdırılmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, hazırda hərbi xidmətlə bağlı qanunvericiliyə mütəmadi olaraq əlavə və dəyişikliklər edilir. Onun fikrincə, mövcud dəyişikliklərlə kifayətlənmək əvəzinə, yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var.
 

Komitə sədrinin sözlərinə görə, yeni qanunvericilik hərbi xidmətin müasir tələblərə uyğun təşkilinə və mövcud normaların sistemli şəkildə yenilənməsinə imkan verə bilər.


Deputat hərbi xidmət zamanı təhsil səviyyəsi və ixtisasların nəzərə alınması məsələsinə də toxunub. O bildirib ki, magistratura və doktorantura səviyyəsində əldə olunan bütün ixtisasların hərbi xidmətlə əlaqəsi eyni deyil.

S.Novruzovun sözlərinə görə, riyaziyyat, fizika, kimya və coğrafiya kimi sahələr orduda texnikadan istifadə və gələcək fəaliyyət istiqamətlərinin inkişafı baxımından əhəmiyyət daşıyır:

"Filologiya və yaxud da fəlsəfənin magistratura təhsilinin orduya nə aidiyyəti var? Fəlsəfə dərsi deyəcək orada? Və yaxud da filologiya üzrə magistratura oxuyan şeir oxuyacaq orada? Yəni riyaziyyatdır, fizikadır, kimyadır, coğrafiyadır, ayrı-ayrı sahələr var ki, bunlar orduda vacibdir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin