Ukrayna müharibəsinin dayandırılmasına görə 7 ölkə İstanbulda toplaşır

Hazırda oxunan: Ukrayna müharibəsinin dayandırılmasına görə 7 ölkə İstanbulda toplaşır

643816

Bu gün, oktyabrın 23-də İstanbulda Ukraynadakı müharibənin başa çatdırılması yollarının müzakirə olunacağı yeddi ölkənin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə AFP agentliyi Türkiyənin diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Görüşdə Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Misirin xarici işlər nazirləri iştirak edəcəklər.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi edəcəyi toplantıda Rusiya-Ukrayna müharibəsinin dayandırılması imkanları, Qara dənizdə təhlükəsizlik və regional münaqişələr müzakirə olunacaq.

Danışıqların gündəliyinə Fələstin məsələsi, Yəməndəki vəziyyət və Hörmüz boğazında baş verən hadisələr də daxildir.
 

Rusiya və Ukrayna ilə diplomatik əlaqələrini qoruyan Türkiyə müharibənin sülh yolu ilə həlli istiqamətində vasitəçilik səylərini davam etdirir.


Ankara daha əvvəl Qara dənizdə ticarət gəmilərinə hücumların dayandırılması ilə bağlı təşəbbüs irəli sürsə də, bu istiqamətdə razılıq əldə olunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin